Ucnoqta.az
www.ucnoqta.az

Rusiyada sərnişin qatarı "Kamaz"la toqquşub - xəsarət alanlar var

14:20 - 29 İyul 2024 tarixində dərc olunub.

Rusiyanın Volqoqrad vilayətində sərnişin qatarının 8 vaqonu relsdən çıxıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə əməliyyat xidmətlərindən bildirilib.

Bildirilir ki, "KAMAZ" avtomobili qatarın qarşısına çıxıb. Toqquşmanın qarşısını almaq mümkün olmayıb və nəticədə qatar relsdən çıxıb. 

Məlumata görə, nəticədə xəsarət alanlar var.

Müəllif: Ucnoqta.az redaksiyası