Ucnoqta.az
www.ucnoqta.az

Bu ərazilərdə qaz olmayacaq

09:25 - 29 İyul 2024 tarixində dərc olunub.

Nizami rayonu, Mehdi Abbasov küçəsi 13 ünvanında aparılacaq təmir-bərpa işləri ilə əlaqədar 29.07.2024-cü il saat 10:00 dan etibarən işlər bitənədək qaz təchizatı dayandırılacaq.

“Azəriqaz”dan Ucnoqta.az-a verilən məlumata görə, bu müddətdə rayonun Mehdi Abbasov ,Özbəkistan, Kamil Balakişiyev, Əli Vəliyev və Rizvan Teymurov küçəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Müəllif: Ucnoqta.az redaksiyası