Ucnoqta.az
www.ucnoqta.az

Argentina millisinin futbolçusu Fransada qarət edilib

00:01 - 25 İyul 2024 tarixində dərc olunub.

Argentina millisinin yarımmüdafiəçisi Tiyaqo Almadanın əşyaları futbol üzrə Olimpiya turnirinin qrup mərhələsinin açılış turu öncəsi oğurlanıb.

Ucnoqta.az xəbər verir ki, bunu Argentinanın olimpiya komandasının baş məşqçisi Xavyer Maskerano deyib. 

"Tiaqo Almadanın əşyaları oğurlanıb, məşqdən sonra üzüklər və saatlar yoxa çıxıb, lakin biz bu barədə danışmaq istəmədik", - Maskerano bildirib.

Futbol üzrə Olimpiya turniri iyulun 24-dən avqustun 10-dək Fransanın yeddi şəhərində keçirilir.

Müəllif: Ucnoqta.az redaksiyası