Ucnoqta.az
www.ucnoqta.az

"Barselona"nın futbolçusu ərəb klubuna keçə bilər

10:41 - 23 İyul 2024 tarixində dərc olunub.

Qətərin “Əl-Sədd” futbol klubu İspaniyanın “Barselona” klubunun yarımmüdafiəçisi, almaniyalı İlkay Gündoğana transfer təklifi edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” qəzeti məlumat yayıb.

Futbolçunun ispan klubu ilə müqaviləsi 2025-ci ilin iyunun sonuna qədər qüvvədədir və daha bir mövsüm uzadılması mümkündür. Bildirilir ki, "Barselona" klubun maliyyə çətinliyi səbəbindən almaniyalını satmaq təklifini nəzərdən keçirə bilər.

Müəllif: Ucnoqta.az redaksiyası