Ucnoqta.az
www.ucnoqta.az

Panama sahillərində 5,8 bal gücündə zəlzələ baş verib

00:03 - 23 İyul 2024 tarixində dərc olunub.

Panama sahillərində 5,8 bal gücündə zəlzələ qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri 10 km dərinlikdə yerləşib.

Sunami, tələfat və dağıntılar barədə məlumat verilməyib.

Müəllif: Ucnoqta.az redaksiyası