Ucnoqta.az
www.ucnoqta.az

Belarusun xarici işlər naziri KXDR-ə səfər edəcək

11:41 - 22 İyul 2024 tarixində dərc olunub.

 Belarusun xarici işlər naziri Maksim Rıjenkov iyulun 23-26-da KXDR-ə səfər edəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.

Səfərin təfərrüatları barədə məlumat verilmir.

Belarus Xarici İşlər Nazirliyi “KXDR Xarici İşlər Nazirliyinin dəvəti ilə” baş tutacaq səfərin başlandığını təsdiqləyib.

Müəllif: Ucnoqta.az redaksiyası