Ucnoqta.az
www.ucnoqta.az

Ermənilər Kəlbəcəri ATƏŞƏ TUTDU

09:25 - 21 İyul 2024 tarixində dərc olunub.

İyulun 20-si saat 22:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini iriçaplı silahlardan atəşə tutub.

Bu barədə Ucnoqta.az-a Müdafiə Nazirliyindən xəbər verilib.

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Müəllif: Ucnoqta.az redaksiyası