Ucnoqta.az
www.ucnoqta.az

Mərdəkanda qaz təchizatında fasilə yaranacaq

09:46 - 20 İyul 2024 tarixində dərc olunub.

Xəzər rayonu, Mərdəkan qəsəbəsində qaz xətlərinin yerinin dəyişdirilməsi məqsədi ilə 22.07.2024-cü il saat 10:00-dan etibarən işlər bitənədək qaz təchizatı dayandırılacaq.

“Azəriqaz”dan Ucnoqta.az-a verilən məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Xəzər rayonu, Stansiya Qala yaşayış massivi, Daxili Qoşunların ətraf hissəsində və SOCAR Nəqliyyat İdarəsi, Maşınqayırma zavodunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Müəllif: Ucnoqta.az redaksiyası