Ucnoqta.az
www.ucnoqta.az

Şirvanda iki narkotacir saxlanılıb

08:32 - 20 İyul 2024 tarixində dərc olunub.

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Qəmbər Mirqani və Asif Ələkbərov saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, həmin şəxslərdən müxtəlif çəkilərdə heroin, metamfetamin və xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Müəllif: Ucnoqta.az redaksiyası