Ucnoqta.az
www.ucnoqta.az

Kür çayında batdığı ehtimal olunan oğlanın axtarışları davam edir -  VİDEO

18:40 - 18 İyul 2024 tarixində dərc olunub.

Məlumat verildiyi kimi, iyulun 16-da Kür çayının Zərdab şəhərindən keçən hissəsində batdığı ehtimal olunan Zərdab rayon sakini 2006-cı il təvəllüdlü Seyidməmmədli Səid Səbuhi oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri tərəfindən davam etdirilir.

Ucnoqta.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında bildirilib.

Hazırda vətəndaşın batdığı ehtimal olunan istiqamətlər üzrə axtarışları intensiv şəkildə həyata keçirilir. Əlavə məlumat veriləcək.

Müəllif: Ucnoqta.az redaksiyası