Ucnoqta.az
www.ucnoqta.az

Bakıya yeni elektrik qatarı gətirildi

15:03 - 16 İyul 2024 tarixində dərc olunub.

"Azərbaycan Dəmir Yolları" QSC və İsveçrənin “Stadler Rail Group” şirkəti arasında imzalanmış müqaviləyə əsasən, nəzərdə tutulmuş 10 qatardan sayca 5-cisi Bakı Dəmiryol Vağzalına çatıb.

Ucnoqta.az bu barədə QSC-yə istinadən xəbər verir.

"Ekologiyanın dostu, rahat və təhlükəsiz qatarlar xidmət sahələrimizdə test proseslərindən keçdikdən sonra sərnişinlərin istifadəsinə veriləcək", - deyə məlumatda qeyd olunub.

Müəllif: Ucnoqta.az redaksiyası