"Bakıda 8 Noyabr prospektində yerləşən təndirxanalardan birindən alınan qrildən qurd çıxması ilə bağlı məlumat sosial şəbəkələrdən götürülərək araşdırmalara başlanılıb".
Ucnoqta.az bildirir ki, bunu oxu.az-ın sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildiriblər.
"Araşdırmanın nəticəsi ilə bağlı ətraflı məlumat veriləcək", - deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, qril 8 Noyabr prospektində yerləşən təndirxanalardan birindən alınıb.