Ucnoqta.az
www.ucnoqta.az

Naxçıvanda əhalinin sayı artıb

10:12 - 16 İyul 2024 tarixində dərc olunub.

Naxçıvan Muxtar Respublikasında əhalinin sayı artıb.

Bu barədə "Report"un yerli bürosuna Naxçıvan Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, 1 iyun 2024-cü il tarixə muxtar respublikada əhalinin sayı bir il öncəyə nisbətən 2675 nəfər və ya 0,6 faiz artaraq 469 460 nəfər olub.

Müəllif: Ucnoqta.az redaksiyası