Ucnoqta.az
www.ucnoqta.az

Argentina 16-cı dəfə Amerika kubokunun qalibi olub

08:42 - 15 İyul 2024 tarixində dərc olunub.

Argentina Amerika Kubokunun final matçında Kolumbiyanı əlavə vaxtda 1:0 hesabı ilə məğlub edib.

Ucnoqta.az xəbər evrir ki, matç Florida ştatının Mayami Qardens şəhərində baş tutub.

Argentina millisinin hücumçusu və kapitanı Lionel Messi ikinci hissənin 66-cı dəqiqəsində aldığı zədə səbəbindən əvəzlənib. Qolu 112-ci dəqiqədə Lautaro Martines vurub.

Bununla da Argentina millisi 16-cı dəfə Amerika Kubokunun qalibi olub və bu göstəricidə Uruqvay yığmasını (15) üstələyərək, turnirdəki qələbələrin sayına görə rekordçu olub.

Müəllif: Ucnoqta.az redaksiyası