Ucnoqta.az
www.ucnoqta.az

Meksikada avtomobilin çaya düşməsi nəticəsində 7 nəfər boğulub

00:59 - 15 İyul 2024 tarixində dərc olunub.

Meksikanın Verakruz ştatında yolsuzluq avtomobilinin çaya düşməsi nəticəsində 7 nəfər ölüb.

Ucnoqta.az xəbər evrir ki, bu barədə “La Jornada” məlumat yayıb. Verakruz ştatının cənubundakı Koatzakoalkos bələdiyyəsində beş qadın və iki kişinin olduğu yolsuzluq avtomobili tufan zamanı Kalzadas çayına düşüb.

Versiyalardan birinə görə, gənclər qayığı çaydan çıxarmağa çalışsalar da, yolsuzluq avtomobilini axın aparıb.

Başqa bir versiyaya görə, onlar avtomobilin əyləcini çəkməyi unudublar və o, çaya yuvarlanıb.

Müəllif: Ucnoqta.az redaksiyası