Ucnoqta.az
www.ucnoqta.az

Babasıgilə qonaq gedən 2 yaşlı uşaq kanala düşərək ölüb

22:56 - 12 İyul 2024 tarixində dərc olunub.

Mingəçevirdən Oğuza qonaq gedən iki yaşlı uşaq kanala düşərək ölüb.

“Report”un məlumatına görə, hadisə rayonun Qumlaq kəndində baş verib.

Belə ki, Mingəçevir şəhərindən babasıgilə qonaq gedən 2022-ci il təvəllüdlü A. Ə. həyətyanı ərazidən keçən kiçik həcmli kanala düşərək ölüb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası