Ucnoqta.az
www.ucnoqta.az

Avropa çempionatının final oyununun baş hakimi təyin edilib

14:30 - 11 İyul 2024 tarixində dərc olunub.

Fransalı Fransua Leteksierin rəhbərlik etdiyi hakimlər briqadası Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatının finalını idarə edəcək.

Ucnoqta.az xəbər evrir ki, bu barədə Avropa Futbol Assosiasiyaları İttifaqının mətbuat xidməti məlumat yayıb.

Köməkçi hakimlər fransalı Siril Munye və Mehdi Rəhmuni, ehtiyat hakim polşalı Şimon Marçiniak, ehtiyat köməkçisi isə onun həmyerlisi Tomaş Listkieviç olacaq.

Müəllif: Ucnoqta.az redaksiyası