Ucnoqta.az
www.ucnoqta.az

İordan çayının sahilində İsrail ordusu ilə fələstinlilər arasında toqquşma olub

07:59 - 10 İyul 2024 tarixində dərc olunub.

İordan çayının qərb sahilində İsrail Müdafiə Qüvvələri ilə fələstinlilər arasında silahlı toqquşmalar baş verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Əl-Cəzirə telekanalı məlumat yayıb.

Məlumata görə, Beytləhmin cənub-şərqindəki Deyşa qaçqın düşərgəsində İsrail hərbçiləri ilə fələstinli müqavimət döyüşçüləri arasında şiddətli toqquşmalar qeydə alınıb. Hərbçilər gözyaşardıcı qaz və səs-küylü qumbaraatanlardan istifadə ediblər.

Müəllif: Ucnoqta.az redaksiyası