Ucnoqta.az
www.ucnoqta.az

Sabah bu rayonda su kəsiləcək

19:33 - 9 İyul 2024 tarixində dərc olunub.

İyulun 10-da İsmayıllının bəzi ərazilərində su təminatının dayandırılması planlaşdırılır.

Ucnoqta.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb.

Qeyd edilib ki, buna səbəb Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun yenidən qurulması ilə əlaqədar yolun bir hissəsindəki magistral su kəmərinin mühafizəsi və köçürülməsidir.

Müəllif: Ucnoqta.az redaksiyası