Ucnoqta.az
www.ucnoqta.az

Bakıda xəstə baş həkimin otağına benzin tökərək yandırdı - FOTO

15:13 - 9 İyul 2024 tarixində dərc olunub.

Bakıda xəstə baş həkimdən sənəd ala bilmədiyi üçün həkimin otağına benzin tökərək yandırıb.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə 9 saylı şəhər poliklinikasında qeydə alınıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub, yanğının söndürülməsi istiqamətində iş aparılır.

Xəsarət alanların olmadığı bildirilir, əlavə məlumat veriləcək.

Müəllif: Ucnoqta.az redaksiyası