Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda daha bir general vəzifəsindən azad edildi

12:31 - 9 İyul 2024 tarixində dərc olunub.

General-leytenant Ragim Əhəd oğlu Lətifovun adı Fövqəladə Hallar Nazirliyinin saytında nazir müavinləri siyahısından çıxarılıb.

Ucnoqta.az Oxu.az-a istinadən xəbər verir ki, R.Lətifov vəzifəsindən azad edilib.

Onun hansı səbəbdən işdən ayrılması ilə bağlı məlumat yoxdur.

Qeyd edək ki, bu barədə ilk məlumatı "Qaynarinfo" yayıb.

Müəllif: Ucnoqta.az redaksiyası