Ucnoqta.az
www.ucnoqta.az

Yəmən sahillərində gəmiyə yeni hücum olub

11:49 - 9 İyul 2024 tarixində dərc olunub.

Yəmən sahillərində gəmiyə hücum olub

Ucnoqta.az xəbər verir ki, Birləşmiş Krallıq Dəniz Ticarət Əməliyyatları (UKMTO) Mərkəzi Yəmən sahillərində naməlum şəxslərin gəmiyə hücumu barədə məlumat verib.

Bildirilir ki, səlahiyyətlilər hadisəni araşdırır. Gəmilərə ehtiyatlı olmaq və hər hansı şübhəli fəaliyyət barədə UKMTO-ya məlumat vermələri tövsiyə olunur.

UKMTO-nun hücum kimi təsnif etdiyi hadisənin təfərrüatları verilməyib. Hadisə ilə bağlı məlumat mərkəzə gəminin kapitanından daxil olub.

Müəllif: Ucnoqta.az redaksiyası