Ucnoqta.az
www.ucnoqta.az

Xırdalanda oğurluq edən keçmiş məhkum saxlanılıb

11:31 - 9 İyul 2024 tarixində dərc olunub.

Xırdalanda oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ucnoqta.az-a verilən xəbərə görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə iyunun 28-də Xırdalan şəhəri ərazisində yerləşən anbarların birindən 10.000 manat dəyərində təmir-tikinti avadanlıqları oğurlamaqda şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Samir Orucov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası