Ucnoqta.az
www.ucnoqta.az

“Siyəzən Broyler”in həyətində insan sümükləri aşkarlandı

11:30 - 9 İyul 2024 tarixində dərc olunub.

Siyəzən rayonunda insan sümükləri aşkarlanıb.

Ucnoqta.az qafqazinfo-ya istinadən xəbər verir ki, sümüklər rayonun Beşdam kəndi ərazisində yerləşən "Siyəzən Broyler" ASC-nin həyətində qazıntı işləri görən zaman tapılıb.

Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırmalar aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası