Ucnoqta.az
www.ucnoqta.az

Adil Əliyevin yeri İsa Qəmbər üçün boşaldılıb - İDDİA

21:35 - 8 İyul 2024 tarixində dərc olunub.

"Adil Əliyevi Suraxanıya icra başçısı göndərdilər. Bu o deməkdir ki, onun deputat seçildiyi 20 saylı Nərimanov Seçki Dairəsini kimin üçünsə boşaldırlar".

Bunu sosial şəbəkədə jurnalist Fikrət Hüseynli bildirib.

"Adil Əliyev seçicilərilə yaxşı işləyirdi. O namizəd olduğu halda başqa şəxsin orda qazanması mümkünsüz idi. Bəs o dairə kimin üçün boşaldılır? Yanlış xatırlamıramsa, o dairədən iki dəfə də Müsavat başqanı İsa Qəmbər namizəd olmuşdu. Müsavat Partiyası da seçkilərdə iştiraka qərar verib", - deyə o qeyd edib.///pravda

Müəllif: Ucnoqta.az redaksiyası