Ucnoqta.az
www.ucnoqta.az

Kadi bu kluba keçdi - RƏSMİ

16:51 - 8 İyul 2024 tarixində dərc olunub.

 "Krasnodar"ın braziliyalı yarımmüdafiəçisi Kadi Borges Macarıstanın "Ferensvaroş" klubuna keçib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya klubunun mətbuat xidməti məlumat yayıb.

Kadinin 28 yaşı var, o, 2023-cü ilin yanvarından “Krasnodar”da çıxış edib, klubda 44 oyun keçirib və 2 məhsuldar ötürmə ilə 7 qol vurub.

Yarımmüdafiəçi həmçinin Azərbaycanın “Qarabağ”, Portuqaliyanın “Eştoril Praia” və “Vilafransense”, Braziliyanın “Koritiba”, “Londrina” və “Foz do Equaço” klublarında da çıxış edib.

Müəllif: Ucnoqta.az redaksiyası