Ucnoqta.az
www.ucnoqta.az

Pensiyaların ödəniləcəyi vaxt açıqlanıb

15:55 - 8 İyul 2024 tarixində dərc olunub.

İyulun 9-da Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub.

Bu barədə Ucnoqta.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Qeyd edilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.

Müəllif: Ucnoqta.az redaksiyası