Ucnoqta.az
www.ucnoqta.az

Ronaldo ilk dəfə beynəlxalq turnirdə qol vura bilməyib

10:58 - 6 İyul 2024 tarixində dərc olunub.

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo karyerasında ilk dəfə milli komandalar arasında keçirilən böyük beynəlxalq turnirdə qolsuz qalıb.

Ucnoqta.az xəbər verir ki, Portuqaliyanın 1/4 final mərhələsində mübarizəni dayandırdığı Avro 2024-də 39 yaşlı portuqaliyalı bütün beş matçda iştirak edib. Onların hamısında start heyətdə yer alıb və yalnız birində matç zamanı əvəzlənib.

Ronaldonun 1 məhsuldar ötürməsi olub. O, rəqibin qapısına 23 dəfə zərbə endirib. 

Müəllif: Ucnoqta.az redaksiyası