Ucnoqta.az
www.ucnoqta.az

Sumqayıtda faciə: 12 yaşlı uşaq öldü

21:52 - 5 İyul 2024 tarixində dərc olunub.

Sumqayıtda evdə tək olan 12 yaşlı uşağın üzərinə şüşə düşüb, uşaq qanaxmadan ölüb.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə 1-ci mikrorayonda qeydə alınıb.

2012-ci il təvəllüdlü Zəhra Zaur qızı İbrahimova azyaşlı bacısı ilə evdə tək olub. Ehtiyatsızlıqdan qapının şüşəsi üzərinə düşən qız qanaxmadan ölüb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası