Ucnoqta.az
www.ucnoqta.az

Ukraynanın 2034-cü ilə qədər NATO-ya üzv olacağını ümid edirəm - Stoltenberq

12:07 - 5 İyul 2024 tarixində dərc olunub.

NATO-nun səlahiyyət müddəti başa çatan baş katibi Yens Stoltenberq Ukraynanın 2034-cü ilə qədər Şimali Atlantika Alyansının üzvü olacağına ümid etdiyini bildirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə DPA-ya müshaibəsində deyib.

“Mən həqiqətən ümid edirəm ki, Ukrayna bu vaxta qədər müttəfiq olacaq və mən bunu NATO-da işləyərkən etdim”, - deyib.

Stoltenberq qeyd edib ki, digər ölkələr də NATO-ya üzv olmaq üçün müraciət edir, lakin onların alyansa daxil olma perspektivləri barədə açıqlama verməyib.

NATO-nun sammiti iyulun 9-11-də Vaşinqtonda keçiriləcək.

Müəllif: Ucnoqta.az redaksiyası