Ucnoqta.az
www.ucnoqta.az

Bu küçədə nəqliyyatın hərəkəti tam dayandırılacaq: İyulun 7-də ...

11:46 - 5 İyul 2024 tarixində dərc olunub.

6 iyul saat 07:00-dan 7 iyul saat 22:00-dək Bakı şəhəri, Yasamal rayonu, Miкayıl Müşfiq küçəsində (Parlament prospektindən Mətbuat prospektinədək) aparılan təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Bu barədə Ucnoqta.az-a AAYDA-nın İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. Agentlik sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini xahiş edir.

Müəllif: Ucnoqta.az redaksiyası