Ucnoqta.az
www.ucnoqta.az

Danimarka vətəndaşlarını İsrailə səfər etməməyə çağırıb

19:51 - 4 İyul 2024 tarixində dərc olunub.

Danimarka Xarici İşlər Nazirliyi öz vətəndaşlarını İsrailə hər hansı səfərdən çəkinməyə çağırır.

Ucnoqta.az xəbər verir ki, bu barədə XİN-nin X səhifəsində yazılıb.

“Livan "Hizbullah" və İsrail arasında münaqişənin əhəmiyyətli dərəcədə kəskinləşməsi riskinin artması, eləcə də Qəzza zolağındakı vəziyyətlə əlaqədar yüksək təhlükəsizlik riskləri səbəbindən İsrailə hər hansı səfərdən çəkinməyi tövsiyə edirik” - Xarici İşlər Nazirliyi yazıb.

Müəllif: Ucnoqta.az redaksiyası