Ucnoqta.az
www.ucnoqta.az

ABŞ-da sursat istehsal edən zavodda partlayış olub

00:10 - 4 İyul 2024 tarixində dərc olunub.

Amerikanın Kamden şəhərində (Arkanzas) "General Dynamics Ordnance and Tactical Systems" müdafiə zavodunda partlayış baş verib

Ucnoqta.az xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb. Bildirilir ki, nəticədə azı iki nəfər yaralanıb, bir nəfər itkin düşüb.

Məlumata görə, zavod xüsusilə 155 mm və 105 mm çaplı artilleriya mərmiləri istehsal edir.

Hadisənin səbəbləri barədə hələlik məlumat verilməyib.

Müəllif: Ucnoqta.az redaksiyası