Ucnoqta.az
www.ucnoqta.az

Baş leytenant bu rayona yol polisi rəisi təyin olundu

23:59 - 3 İyul 2024 tarixində dərc olunub.

Goranboy rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinə yeni rəis təyin olunub .

"Report"un məlumatına görə, bu vəzifəyə baş leytenant Əli İsmayılov təyin olunub.

O, bundan əvvəl Yevlax rayon Polis Şöbəsində çalışıb.

Müəllif: Ucnoqta.az redaksiyası