Ucnoqta.az
www.ucnoqta.az

Seçkiləri izləmək üçün 30-a yaxın təşkilata dəvət göndəriləcək

16:57 - 2 İyul 2024 tarixində dərc olunub.

Mərkəzi Seçki Komissiyası (MSK) növbədənkənar parlament seçkilərini izləmək üçün 30-a yaxın təşkilata dəvət göndərəcək.

Bunu MSK sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, seçki məntəqələrinin yeni sədrlərinə nəzarət etmək lazımdır:

"Müşahidəçilərə maneçilik yaradılması halı olmamalıdır. Ötən seçkilərdə müşahidəçilik edən şəxslərə dəvətlər hazırlamışıq. Təxmini 30-a yaxın təşkilata dəvət göndəriləcək".///Report

Müəllif: Ucnoqta.az redaksiyası