Ucnoqta.az
www.ucnoqta.az

Bakıda kafe yanıb

08:45 - 2 İyul 2024 tarixində dərc olunub.

Bakı şəhərinin Xətai rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, rayonda ümumi sahəsi 40 m² olan taxta konstruksiyadan ibarət kafenin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ucnoqta.az redaksiyası