Ucnoqta.az
www.ucnoqta.az

Atlantik okeanında Beril qasırğası 5-ci kateqoriyaya yüksəlib

07:23 - 2 İyul 2024 tarixində dərc olunub.

Atlantik okeanında formalaşan Beril qasırğası beşinci maksimum kateqoriyaya qədər güclənib.

Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Milli Qasırğa Mərkəzi məlumat yayıb. Bildirilir ki, küləyin maksimal sürəti 71 m/s-ə çatır ki, bu da maksimum güclü qasırğaları xarakterizə edən Saffir-Simpson şkalası üzrə beşinci kateqoriyaya uyğundur.

Müəllif: Ucnoqta.az redaksiyası