Ucnoqta.az
www.ucnoqta.az

Qəzzada daha iki İsrail hərbçisi həlak olub

06:54 - 2 İyul 2024 tarixində dərc olunub.

İsrail Müdafiə Qüvvələri (IDF) Fələstinin radikal HƏMAS hərəkatı ilə davam edən döyüşlər zamanı iki əsgərin öldüyünü təsdiqləyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, əsgərlərdən biri Qəzzanın cənubunda, digəri İordan çaylnın sahilində həlak olub. 

Bu məlumatlara əsasən, həlak olan İsrail hərbçilərinin sayı 672-yə çatıb.

Müəllif: Ucnoqta.az redaksiyası