Ucnoqta.az
www.ucnoqta.az

Bakıda qardaş 20 yaşlı bacısını boğdu

07:28 - 1 İyul 2024 tarixində dərc olunub.

Bakıda 20 yaşlı qadın öldürülüb.

Bu barədə Ucnoqta.az-a DİN-in Mətbuat xidmətindən bildirilib.

Saat 06:45 radələrində Binəqədi rayonu ərazisində 2004-cü il təvəllüdlü Qasımova Təhminə İsmixan qızının boğulmadan ölməsi ilə bağlı polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilininən qardaşı, 1997-ci il təvəllüdlü Qasımov Təbriz İsmixan oğlu saxlanılıb.

Araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası