Ucnoqta.az
www.ucnoqta.az

Boliviyada ordu komandiri çevrilişə cəhddə ittiham edilir

00:02 - 27 İyun 2024 tarixində dərc olunub.

Boliviyanın keçmiş prezidenti Evo Morales keçmiş ordu komandiri Xuan Xose Zuniqanı dövlət çevrilişinə cəhddə ittiham edib.

Ucnoqta.az xəbər verir ki, o, bu barədə X -də  yazıb.

"Biz general Zuniqanın başçılıq etdiyi hərbi çevriliş qarşısında demokratiyanı müdafiə etmək üçün mülki səfərbərliyə çağırırıq. Biz tətilə və yolların bağlanmasına çağırırıq", - Morales qeyd edib.

Müəllif: Ucnoqta.az redaksiyası