Ucnoqta.az
www.ucnoqta.az

Sabah çimərliklərdə gözlənilən hava şəraiti açıqlanıb

14:03 - 24 İyun 2024 tarixində dərc olunub.

İyunun 25-də Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, mülayim cənub küləyi əsəcək.

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti,

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti olacaq.

Müəllif: Ucnoqta.az redaksiyası