Ucnoqta.az
www.ucnoqta.az

Qeyri-etik hərəkətlər edən daha bir nəfər saxlanıldı

21:05 - 22 İyun 2024 tarixində dərc olunub.

Paytaxtın Nizami rayonu ərazisində mənzillərin pəncərəsindən baxaraq qeyri-etik hərəkət etməsi ilə bağlı yayılan görüntülər polis əməkdaşları tərəfindən arşdırılıb.

Ucnoqta.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib ki, araşdırmalarla həmin şəxsin 42 yaşlı Pünhan Cabbarov olması müəyyən edilərək saxlanılıb.

Müvafiq qərarla P.Cabbarov 30 gün müddətinə inzibati qaydada həbs edilib.

Müəllif: Ucnoqta.az redaksiyası