Ucnoqta.az
www.ucnoqta.az

Qadına qarşı qeyri-etik hərəkətlər edən şəxs saxlanılıb

14:01 - 22 İyun 2024 tarixində dərc olunub.

Bir nəfərin ictimai nəqliyyatda qadın sərnişinə qarşı qeyri-etik hərəkət etməsi ilə bağlı yayılan görüntülər polis əməkdaşları tərəfindən arşdırılıb.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib ki, araşdırmalarla həmin şəxsin 44 yaşlı Famil Mehrabov olması müəyyən edilərək saxlanılıb.

Onun əməlinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar məhkəməyə göndəriləcəkdir.

Müəllif: Ucnoqta.az redaksiyası