Ucnoqta.az
www.ucnoqta.az

Son sutkada 15 Ukrayna PUA-sı vuruldu

08:21 - 20 İyun 2024 tarixində dərc olunub.

Rusiya hava hücumundan müdafiə sistemləri bir gecədə 15 Ukrayna pilotsuz təyyarəsini məhv edib və ələ keçirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, 6 PUA Adıgey Respublikasının, 3 PUA Bryansk vilayətinin ərazisi üzərində, 3 PUA - Krasnodar vilayətinin ərazisi üzərində, bir PUA - Rostov vilayətinin ərazisi üzərində, bir PUA - Belqorod vilayətinin ərazisi üzərində və həmçinin bir PUA Oryol vilayətinin ərazisi üzərində məhv edilib.

Müəllif: Ucnoqta.az redaksiyası