Ucnoqta.az
www.ucnoqta.az

NATO Rusiyanın Şimali Koreyanın raket və nüvə proqramlarına dəstəyindən ehtiyat edir - Stoltenberq

07:31 - 20 İyun 2024 tarixində dərc olunub.

NATO Rusiya prezidenti Vladimir Putinin Pxenyana səfərindən sonra Rusiyanın Şimali Koreyanın nüvə və raket proqramlarının inkişafına kömək edə biləcəyindən ehtiyat edir.

Ucnoqta.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Kanadanın baş naziri Castin Trüdo ilə görüşdən əvvəl Ottavada çıxış edərkən deyib.

O, Rusiyanın KXDR-ə qarşı BMT sanksiyalarını dəstəkləməkdən uzaqlaşa biləcəyi bildirib.

 Stoltenberq Rusiya prezidentinin Şimali Koreyaya səfəri ilə bağlı sualı cavablandırarkən deyib:

“Onların qarşılıqlı müdafiə sazişi imzalaması faktı onların bir-birini nə qədər dəstəklədiyini göstərir”.

“Biz Rusiyanın indi KXDR-in nüvə və raket proqramlarının inkişafına töhfə verə biləcəyindən xüsusilə narahatıq”, - deyə o, davam edib.

NATO baş katibi həmçinin bildib ki, KXDR Rusiyaya böyük miqdarda hərbi yardım edib.

Müəllif: Ucnoqta.az redaksiyası