Ucnoqta.az
www.ucnoqta.az

Qaradağda qəza - qadının burnu sındı

04:47 - 19 İyun 2024 tarixində dərc olunub.

Bakının Qaradağ rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, Lökbatan qəsəbəsində avtomobil yolu keçən 1968-ci il təvəllüdlü Quliyeva Yeganə Musabala qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona burun sümüklərinin sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası