Ucnoqta.az
www.ucnoqta.az

Qusarda qəbirləri dağıdan şəxs həbs olunub

09:35 - 18 İyun 2024 tarixində dərc olunub.

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qəbir daşlarını bilərəkdən dağıdan Pərviz Eldarova cinayət işi başlanılıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bu barədə Ucnoqta.az-a DİN-in Mətbuat Xidmətindən xəbər verilib.

Qeyd edək ki, o, tanıdığı şəxslərə məxsus qəbir daşlarını bilərəkdən dağıdaraq yararsız hala salıb.

Müəllif: Ucnoqta.az redaksiyası