Ucnoqta.az
www.ucnoqta.az

Cücələrə su verən qadını elektrik cərəyanı vuraraq öldürüb

17:22 - 15 İyun 2024 tarixində dərc olunub.

İsmayıllı rayonunda 47 yaşlı qadını elektrik cərəyanı vuraraq öldürüb.

"Report" xəbər verir ki, Talıstan kənd sakini, 1977-ci il təvəllüdlü Göyçə Hacalı qızı Hüseynova həyətdə cücələrə su verərkən elektrik naqilinə toxunub və nəticədə onu cərəyan vurub.

Hadisə yerinə İsmayıllı rayonun hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub, meyit aidiyyəti üzrə təhvil verilib.

Müəllif: Ucnoqta.az redaksiyası