Ucnoqta.az
www.ucnoqta.az

"Bavariya" klubu yeni transferini reallaşdırıb

19:36 - 13 İyun 2024 tarixində dərc olunub.

Almaniyanın "Bavariya" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Münhenlilər Yaponiya millisinin müdafiəçisi Hiroki İto ilə anlaşıb.

25 yaşlı futbolçu ilə 5 illik müqavilə bağlanılıb.

Qeyd edək ki, H.İtonun sonuncu klubu Almaniyanın “Ştutqart" kollektivi olub.

Müəllif: Ucnoqta.az redaksiyası