Ucnoqta.az
www.ucnoqta.az

Ermənistanda baş verən toqquşmalarda 101 nəfər xəsarət alıb

10:19 - 13 İyun 2024 tarixində dərc olunub.

Çərşənbə günü axşam saatlarında Ermənistan parlamentinin binası yaxınlığında baş verən toqquşmalarda 101 nəfər yaralanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Respublika Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Yaralılar arasında etirazçılar və polis də var; 85 nəfər ilkin tibbi yardımdan sonra evə buraxılıb, qalanları xəstəxanaya yerləşdirilib.

Müəllif: Ucnoqta.az redaksiyası